“Qalatasaray”dan daha bir transfer bombası

5-07-2017, 08:56           

Türkiyənin "Qalatasaray" futbol klubu daha bir səs-küylü transferə imza atıb.
Publika.az xəbər verir ki, "Cim bom" "West Hem"dən Sofian Fequlinin keçidini rəsmiləşdirib.
Əlcəzairli futbolçu üçün ingilis klubuna 4.5 milyon avro ödənilib.
Fequli hücuma meyilli cinah oyunçusudur. Bununla da, "Qalatasaray" klubdan ayrılan Brumanın boşluğunu doldurmuş olub.
Qeyd edək ki, buna qədər "Qalatasaray" Qomis, Belhanda və Maykonu heyətinə qatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.