“Qarabağ” Gürcüstan çempionunu darmadağın etdi- VİDEO

12-07-2017, 00:19           

Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşıb.

Görüş "Qarabağ" klubunun 5:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Oyunun 10-cu dəqiqəsində ağdamlıların oyunucusu Əfran İsmayılov penaltini qola çevirib. Oyunun 37 və 45-ci (pen.) dəqiqələrində "Qarabağ"ın hücumçusu Dino Ndlovu dubl edib.


83-cü dəqiqədə Wilde-Donald Guerrier komandasının 4-cü qolunu vurub - 4:0. Oyunda son nöqtəni 90-cı dəqiqədə Miçel qoyub - 5:0.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.