UEFA-nın yeni reytinqi: Azərbaycan irəlilədi

13-07-2017, 09:08           

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ınyaydığı xəbərə görə, avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın Gürcüstanın “Samtredia” klubuna 5:0 hesabı ilə qalib gəlməsi ölkəmizə 0.250 xal qazandırıb. Bununla da cari mövsüm toplanan xalımız 1,250-yə çatıb.

Son 5 mövsümün nəticələrinə görə 16,000 xalı olan Azərbaycan iki pillə irəliləyərək 21-ci yerə yüksəlib. Bolqarıstan və Belarusla eyni xala malik olan ölkəmiz əlavə göstəricilərdə onları qabaqlayıb. Azərbaycandan 1 pillə irəlidə - 20-ci yerdə olan İsrailin 17,125 xalı var.

Qeyd edək ki, siyahıya 88,998 xalla İspaniya başçılıq edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.