Britaniya Qran Prisinin qalibi məlum oldu

16-07-2017, 20:52           

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton Böyük Britaniya Qran Prisinin qalibi olub.
Publika.az xəbər verir ki, Qran Pridə 2-ci yeri Hemiltonun komanda yoldaşı finlandiyalı pilot Valtteri Bottas, 3-cü yeri isə "Ferrari" komandasının finlandiyalı pilotu Kimi Raykkonen tutub.
Üç qat dünya çempionu Hemilton ölkəsinin ev sahibliyi etdiyi Qran Prini 5-ci dəfə qalibi olur.
Qeyd edək ki, ümumi hesabda liderliyi "Ferrari"nin pilotu Sebastyan Fettel (177 xal) qoruyub saxlayır. 2-ci yerdə 1 xal geri qalaraq Lyuis Hemilton (176 xal), 3-cü-yerdə isə Valtteri Bottas (154 xal) qərarlaşıblar.
Formula 1-in növbəti mərhələsi Macarıstanda 28-30 iyulda keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.