"Haqqımda yazdıqlarını oxuyanda elə bilirəm ki, general oğluyam" - Elvin Məmişzadədən SENSASİON MÜSAHİBƏ

18-07-2017, 17:58           
"Haqqımda yazdıqlarını oxuyanda elə bilirəm ki, general oğluyam" - Elvin Məmişzadədən SENSASİON MÜSAHİBƏ
Boks üzrə dünya çempionu Elvin Məmişzadəyə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Z.Orucova soyadlı soyadlı gənc qadın Səbail RPİ-nin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək iyulun 16-da saat 4.00 radələrində gecə klublarından birində olarkən tanışı Elvin Məmişzadənin onu başından vurması nəticəsində burun nahiyəsindən xəsarət aldığını bildirib.

"Ölkə.Az" sözügedən məsələylə bağlı Elvin Məmişzadəylə əlaqə saxlayıb.

- Elvin, xəbəriniz varmı ki, artıq sizə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb?

- Bəli, məlumatlıyam.

- Saytımıza verdiyiniz ilk açıqlamada bildirmişdiniz ki, belə bir hadisə olmayıb. İstərdim əslində nəyin baş verdiyini deyəsiniz.

- Necə olduğunu bilmirəm. Elə bir söhbət yoxdur.

- Sizdən şikayətçi olan xanım bildirir ki, siz onu vurmusunuz.

- Elə bu söhbəti jurnalistlər böyüdüb də. Hər şeyi şişirdən jurnalistlər oldu. O jurnalist də kimdirsə, tapacam da. Ortada heç bir xəsarət yoxdur.

- Həmin qadını nə zamandan tanıyırsınız?

- Çoxdan tanışıq.

- Onda qadın dediyi kimi bir-birinizi sevirsiniz.

- Qadın qələt edir, sevmək söhbəti yoxdur. Belə pis çıxmasın. Mən yüz qız tanıyıram. Hamısıyla sevgiliyəm?

- Həmin qadının adı nədir?

- Adını açıqlamaq istəmirəm.

- O polisə sizdən şikayət edəndən sonra danışmısınız?

- Danışırıq da, aramızda problem yoxdur ki.

- Sizcə şikayətini geri götürəcək?

- Şikayətini çoxdan geri götürüb. Elə bir problem yoxdur ki.

- Ancaq Daxili İşlər Nazirliyindən bildirilib ki, qadın polisə ərizə ilə müraciət edib...

- Dünən axşam ərizəsini geri götürüb.

- Bu hadisə sizə qarşı təxribat ola bilərmi?

- Hansısa jurnalistin uydurmasıdır. Nömrəsinə yazdım ki, yanlış məlumatdır, onu saytdan çıxart. Mənə yazdı ki, məhkəməyə ver. Bu işdən sonra başım açılsın. Onu məhkəməyə vemrək mənə yaraşmaz, kişilikdən deyil. Mən işverən deyiləm. Söhbət edib başa salacam ki, ortada belə bir şey yoxdur. Onu məhkəməyə verib uda da bilərəm. Amma sözlə başa salacam.

Heç həmin gün o klubda olmamışam. Bir videogörüntü göstərsinlər, şahid tapsınlar da.

- Birdən həmin gecə klubunun təhlükəsizlik kameraları açılsa və həmin görüntülər üzə çıxsa necə olacaq?

- Getsinlər qoysunlar da.

- İdmançı həmkarlarınız nə deyir?

- Hamısı zəng vurur ki, bu nə məsələdir? Deyirəm, ə nə bilim.

- Bu maddəylə həbs edilə də bilərsiniz. Bu duruma hazırsınız?

- Adam öldürməmişəm, xəsarət də yoxdur. Məni nə deyib tuta bilərlər? Tutaq ki, kimsə məni tanımadan şikayət edir. Sübut göstərsinlər ki, mən onu vurmuşam.

- Qadın bildirib ki, burnu yeni əməliyyat olunubmuş və siz onu vuranda qan açılıb.

- Yeni əməliyyat ola bilər. Amma vurmamışam. Yazıblar ki, dəbdəbəli həyat sürürəm. Onu yazanları da tapacam. A kişi, mən "Niva" sürürəm e. Orda yalandan şəkillər qoyublar. Məni gecə klubunda görüblər ki, yazırlar? Elə bil mən general balasıyam.

- Məşqlərinizi davam etdirirsiniz?

- Yarışım yoxdur deyə, istirahət edirəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.