FİFA-nın vitse-prezidenti həbs olunub

18-07-2017, 18:09           
FİFA-nın vitse-prezidenti həbs olunub
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) vitse-prezidenti Anhel Mariya Vilyar həbs edilib.

APA-nın “unian.net” saytına istinadən verdiyi məlumata görə, onunla birgə oğlu Qorka da saxlanılıb.

A. Vilyar İspaniya Ali Məhkəməsinin qərarı əsasında korrupsiya ilə mübarizə əməliyyatı çərçivəsində həbs olunub.

Həbs edilənlər arasında İspaniya Futbol Federasiyasının vitse-prezidenti, Tenerife federasiyasının başçısı Xuan Pardon və vilayət federasiyasının katibi Ramon Ernandes Bassunun adı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.