Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib

20-07-2017, 08:26           
Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib
Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 10 cavab görüşü keçirilib. "Report"un məlumatına görə, görüşlər arasında 2-si azərbaycanlı futbolçular üçün daha böyük əhəmiyyət kəsb edib.
Milli komandanın futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Slovakiya "Jilina"sı Danimarkada "Kopenhagen"in qonağı olub. "Jilina" səfərdə 2:1 hesablı qələbə qazansa da, mərhələ adlaya bilməyib. Buna "Kopenhagen"in ilk görüşdə 3:1 hesablı səfər qalibiyyəti səbəb olub. Şeydayev 66-cı dəqiqədən sonra meydanda olub.
Albaniyada "Kukesi" ilə Moldova "Şerif"i arasında oynanılacaq qarşılaşmanın yekununda isə "Qarabağ"ın növbəti mərhələdəki rəqibi müəyyənləşib. "Kukesi" ilk yarıda 2 top fərqi ilə önə keçsə də, fasilədən sonra qonaqlar fərqi azaldıblar. Meydan sahibləri qonaqların azlıqda qalmasından və penalti vurma hüququndan yararlana bilməyiblər. Nəticədə "Şerif" səfər qolu sayəsində mərhələ adlayıb.
Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab görüşləri
19 iyul
20:00. "Dudelanj” (Lüksemburq) - APOEL (Kipr) - 0:1
Qol: İqor de Kamarqo, 40-penalti ilə
İlk oyun - 0:1
21:15. "Rusenborq” (Norveç) - "Dandolk” (İrlandiya) - 2:1
Qollar: Yann-Erik de Lanlay, 43. Mattias Vilhyalmsson, 98 - Brayan Qartland, 12
İlk oyun - 1:1
21:30. "Kopenhagen” (Danimarka) - "Jilina” (Slovakiya) - 1:2
Qollar: Benjamin Verbiç, 48-penalti ilə - Yusuf Otubanyo, 19. Filip Kaşa, 57
İlk oyun - 3:1
21:30. "Kukesi” (Albaniya) - "Şerif” (Moldova) - 2:1
Qollar: İzair Emini, 35. Pero Pejiç, 45+1 - Sirill Barros Bayala, 56
Yerinə yetirilməyən penalti: Pero Pejiç, 81 ("Kukesi")
Qırmızı vərəqə: Ceremi De Noyyer, 77 ("Şerif")
İlk oyun – 0:1
22:00. "Lüdoqorets” (Bolqarıstan) - "Jalgiris” (Litva) - 4:1
Qollar: Natanael, 41. Vanderson, 55. Klaudiu Keşerü, 56; 74 - Serje Nyuyadzi, 15
İlk oyun – 1:2
22:15. "Maribor” (Sloveniya) - "Zrinski” (Bosniya və Herseqovina) - 1:1
Qollar: Mitya Viler, 27 - Oqnyen Todoroviç, 7
İlk oyun -2:1
22:30. "Zalsburq” (Avstriya) - "Hibernians” (Malta) - 3:0
Qollar: Mark Rjatkovski, 11. Fredrik Qulbrandsen, 19. Amadu Haydara, 85
İlk oyun – 3:0
22:45. "Legiya” (Polşa) - "Mariehamn” (Finlandiya) - 6:0
Qollar: Gilyerme, 6. Kristian Koyola, 37-penalti ilə. Miçal Kuçarçik, 40; 54-penalti ilə. Sebastian Şimanski, 80. Konrad Mixalak, 81
İlk oyun - 3:0
22:45. "Seltik” (Şotlandiya) – "Linfild” (Şimali İrlandiya) - 4:0
Qollar: Skott Sinkleyr, 4; 54. Tom Rogiç, 47. Stüart Armstronq, 90+2
İlk oyun – 2:0
23:15. "Honved” (Macarıstan) - "Hapoel” (Beyer Şeva, İsrail) - 2:3
Qollar: Davide Lanzafame, 45+2-penalti ilə. Botond Barat, 73 - Con Oqu, 12. Antoni Nvakaeme, 16; 84
İlk oyun - 1:2
Qeyd edək ki, ilk oyun günündə 7 oyun keçirilib:
"Astana” (Qazaxıstan) - "Spartak” (Latviya) - 1:1
Qollar: Patrik Tvumasi, 59 - Edqar Vardanyan, 72
İlk oyun - 1:0
"Vardar” (Makedoniya) - "Malmö” (İsveç) - 3:1
Qollar: Boban Qrnçarov, 56. Tiqran Barseqyan, 61. Boban Nikolov, 90+1 - Markus Rozenborq, 16-penalti ilə
Yerinə yetirilməyən penalti: Xuan Felipe, 61 ("Vardar")
İlk oyun - 1:1
"Alaşkert” (Ermənistan) - BATE (Belarus) - 1:3
Qollar: Uroş Nenadoviç, 18 - Mixail Qordeyçuk, 23; 35. Maksim Volodko, 78
İlk oyun - 1:1
"Samtredia” (Gürcüstan) - "Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Donald Gerye, 22
İlk oyun - 0:5
"Vikinqur” (Farer adaları) - "Hafnarfyordur” (İslandiya) - 0:2
Qollar: Stiven Lennon, 79-penalti ilə. Torarinn Valdimarsson, 90+1
Qırmızı vərəqələr: Andreas Olsen, 78; Vasile Angel, 90+3 (hər ikisi "Vikinqur")
İlk oyun - 1:1
TNS (Uels) - "Riyeka” (Xorvatiya) - 1:5
Qollar: Adrian Sisleviç, 69 - Florentin Matey, 41. Mario Qavranoviç, 54; 79. Aleksander Qordon, 61. Stefan Ristovski, 64
İlk oyun - 0:2
"Buduçnost” (Monteneqro) - "Partizan” (Serbiya) - 0:0
İlk oyun - 0:2
Növbəti mərhələdə görüşəcəklər:
Çempionlar yolu
"Slaviya” (Çexiya) - BATE (Belarus)
"Astana” (Qazaxıstan) - "Legiya” (Polşa)
"Maribor” (Sloveniya) - "Hafnarfyordur” (İslandiya)
"Kopenhagen” (Danimarka) - "Vardar” (Makedoniya)
"Seltik” (Şotlandiya) - "Rusenborq” (Norveç)
"Hapoel" (Beer-Şeva, İsrail) - "Lüdoqorets” (Bolqarıstan)
"Viitorul" (Rumıniya) - APOEL (Kipr)
"Zalsburq” (Avstriya) - "Riyeka" (Xorvatiya)
"Partizan" (Serbiya) - "Olimpiakos” (Yunanıstan)
"Qarabağ” (Azərbaycan) - "Şerif" (Moldova)
Qeyri-çempionlar yolu
"Styaua” (Rumıniya) - "Viktoriya” (Çexiya)
"Dinamo” (Kiyev, Ukrayna) - "Yanq Boyz” (İsveçrə)
"Nitsa” (Fransa) - "Ayaks" (Hollandiya)
AEK (Yunanıstan) - MOİK (Rusiya)
"Brügge” (Belçika) - "Başakşehir” (Türkiyə)
İlk oyunlar 25 - 26 iyulda, cavab matçları 1 - 2 avqustda keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.