ABŞ milli komandası futbol üzrə “Qızıl kubok”un qalibi olub

27-07-2017, 11:49           
ABŞ milli komandası futbol üzrə “Qızıl kubok”un qalibi olub
Karib hövzəsi, Şimali və Mərkəzi Amerika (CONCACAF) zonası üzrə keçirilən “Qızıl kubok”un qalibi müəyyənləşib.
“Report”un məlumatına görə, ABŞ-da təşkil olunan yarışda meydan sahibləri çempion olub.
Santa-Klara şəhərində baş tutan final matçında ABŞ millisi Yamayka yığmasını 2:1 hesabı ilə məğlub edib.
Bryus Arenanın rəhbərlik etdiyi kollektiv 2021-ci ildə təşkil olunacaq Konfederasiyalar Kubokuna vəsiqə uğrunda 2019-cu ildə keçiriləcək “Qızıl kubok”un qalibi ilə qarşılşacaq.
Qeyd edək ki, “Qızıl kubok” turniri 1991-ci ildən keçirilir. Yarışın ən çox qalibi olan komanda Meksika millisidir. ABŞ yığması isə çempionluq sayını altıya çatdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.