Erməni baş məşqçi azərbaycanlı futbolçunun çıxış etdiyi klubdan istefa verib

13-08-2017, 08:45           
Erməni baş məşqçi azərbaycanlı futbolçunun çıxış etdiyi klubdan istefa verib
Aleksandr Qriqoryan Rusiyanın "Anji" klubunun baş məşqçi postundan istefa verib.

Enter.News-un məlumatına görə, 50 yaşlı mütəxəssis qərarını Premyer Liqanın VI turunda Moskva "Dinamo"suna 1:3 hesablı ev məğlubiyyəti ilə nəticələnən oyundan sonra açıqlayıb.

Erməni baş məşqçi qərarını ardıcıl məğlubiyyətlərlə əlaqələndirib. "Anji" ilk 6 tur ərzində cəmi 1 qələbə qazandığı halda, qalan 5 matçda uduzub. Hazırda Mahaçqala təmsilçisi 3 xalla 16 komanda arasında 15-cidir.

Qeyd edək ki, "Anji"də Moskva "Spartak"ından icarəyə götürülmüş əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də forma geyinir. O, "Dinamo" ilə görüşün 61-ci dəqiqəsindən sonra meydanda olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.