Bu gün “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri məlum olacaq

24-08-2017, 09:42           
Bu gün “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri məlum olacaq
Bu gün Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

APA-nın xəbərinə görə, beləliklə Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri məlum olacaq.

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub. Qurban Qurbanovun komandası Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb. Matç “Kopenhagen”-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına “Qarabağ” növbəti mərhələyə adlayıb. Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların yer alacağı səbətlər bəlli olub. Azərbaycan çempionu APOEL, MOİK və “Sportinq”-lə yanaşı IV səbətdə yer alıb.

Monakoda baş tutan püşkatmada 32 komanda 8 qrupa bölünəcək. Qrup turnirində 1-ci və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə çıxır. 3-cü yerdə qərarlaşan komanda isə UEFA Avropa Liqasının 1/16 final mərhələsinə daxil olur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.