UEFA “Qarabağ”-ı belə alqışladı FOTO

24-08-2017, 10:44           

Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i mübarizədən kənarlaşdıraraq (1:0, 1:2) Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” diqqət mərkəzinə düşüb.

TEREF.İNFO yazır ki, sportarena.az xəbər verir ki, təmsilçimizin tarixi uğuru qitənin ən nüfuzlu klub turnirinin rəsmi səhifəsinin də diqqətindən yayınmayıb. Belə ki, “Kopenhagen” - “Qarabağ” matçından sonra ÇL-in rəsmi “facebook” səhifəsində “köhlən atlar”ın paltardəyişmə otağından tarixi uğur qeyd edilərkən çəkilmiş şəkil paylaşılıb.

Şəkilə bu sözlər əlavə edilib - “Qarabağ”ın paltardəyişmə otağında parti zamanıdı. Onlar üçün möhtəşəm gecə idi: ÇL-in qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu oldular”.
UEFA  “Qarabağ”-ı belə alqışladı FOTO












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.