Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə qoşulur

29-08-2017, 12:59           
Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə qoşulur
Macarıstanın paytaxtı Budapeştdəki cüdo üzrə dünya çempionatında bu gün daha 2 çəki dərəcəsində mübarizə gedəcək.
"Report"un xəbər verir ki, ikinci yarış günündə qadınlar 52 kq, kişilər isə 66 kq çəkidə qüvvələrini sınayacaqlar. Qadınların yarışında Azərbaycanı Buyanxişiq Purevsurenlə Nəzakət Əzizova, kişilər arasında isə Nicat Şıxəlizadə təmsil edəcək.
Kişilər
66 kq
1/32 final. Nicat Şıxəlizadə - Yeldos Jumaxanov (Qazaxıstan)
Qadınlar
52 kq
1/32 final. Buyanxişiq Purevsuren - Natalya Kuzyutina (Rusiya)
1/32 final. Nəzakət Əzizova - İkram Sukate (Mərakeş)
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yalnız finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takatoya məğlub olaraq gümüş medal qazanıb. 48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat isə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.