Makqreqor oktyabrın sonunadək döyüşlərdə iştirak edə bilməyəcək

30-08-2017, 08:09           
Makqreqor oktyabrın sonunadək döyüşlərdə iştirak edə bilməyəcək
UFC çempionu Konor Makqreqor yaxın iki ay üçün idmandan kənarda qalacaq.
"Report" ESPN-ə istinadən xəbər verir ki, Nevada ştatının idman komissiyası, 29 yaşlı irlandiyalıya oktyabrın 26-dək döyüşlərdə və təlim qarşılaşmaalarında iştirakı qadağan edib, həmçinin döyüşçü oktyabrın 11-dək "istənilən təmaslar"dan kənar olmalıdır.
Qeyd olunur ki, belə bir qadağa idmanın döyüş növlərində standart tibbi tənzimlənmə təcrübəsidir və Las-Veqasda keçirilən superdöyüşün 10-cu raundunda Floyd Meyvezərə məğlub olan Makqreqorun gələcək karyerasına təsir etməyəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.