Daha bir boksçumuz yarımfinala yüksəldi

30-08-2017, 08:40           
Daha bir boksçumuz yarımfinala yüksəldi
Almaniyanın Hamburq şəhərində kişilər arasında keçirilən dünya çempionatında Azərbaycanın daha bir boksçusu yarımfinala yüksəlib.

Report-un məlumatına görə, bu, ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovdur.

31 yaşlı idmançı 1/4 finalda fransalı Camili-Dini Abudu-Moindzedən üstün olub. Döyüşün yekununda Məcidov hakimlərin qərarı ilə qalib elan edilib - 3:2. Onun yarımfinaldakı rəqibi avstraliyalı Jozef Qudol olacaq. Döyüş sentyabrın 1-də keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Kamran Şahsuvarlı (75 kq) da yarımfinala yüksəlib. O, avqustun 31-də qazaxıstanlı Abilxan Amankulla qarşılaşacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.