Yaponiya dünya çempionatının final mərhələsinə çıxdı

31-08-2017, 19:56           
Yaponiya dünya çempionatının final mərhələsinə çıxdı
Avqustun 31-i Asiyada dünya futbol çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib. Novator.az-ın məlumatına görə, B qrupunda yarışan Yaponiya milli komandası Avstraliyanı qəbul edib. 2:0 hesabı ilə qalib gələn yaponlar sona 1 tur qalmış qrupda birinci yeri tutaraq final mərhələsinə vəsiqə alıb.

Qrupda ikinci-üçüncü yerləri Səudiyyə Ərəbistanı və Avstraliya bölüşürlər.

A qrupuna liderlik edən İran final mərhələsinə daha əvvəl çıxıb. Bu qrupda Cənubi Koreya ikinci, Özbəkistan üçüncüdür.

Qruplarda ilk iki yeri tutan komandalar dünya çempionatına birbaşa yollanır. Üçüncülərin öz aralarındakı oyunlarının qalibi isə Şimali və Mərkəzi Amerikanın təmsilçisi ilə üz-üzə gəlməlidir.

Şimali və Mərkəzi Amerikada 6 komanda bir qrupda yarışır. 6 turdan sonra Meksika birinci, Kosta Rika ikinci, ABŞ üçüncüdür. Bu mövqelər dünya çempionatının final raunduna birbaşa vəsiqə verir.

Panama dördüncü pillədədir və Asiya təmsilçisi ilə üz-üzə gəlməyə namizəddir.

2018-ci ildə Rusiyada meydan sahibi və daha 31 komandanın iştirakı ilə keçiriləcək çempionata indiyəcən Cənubi Amerikadan Braziliya da vəsiqə alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.