Azərbaycan Norveçlə oyuna bu heyətlə çıxacaq

1-09-2017, 05:34           
Azərbaycan Norveçlə oyuna bu heyətlə çıxacaq
Futbol üzrə Azərbaycan milli komandasının Norveç yığması ilə səfərdə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb.
teref.az-nun Report-a istinadən məlumatına görə, baş məşqçi Robert Prosineçki Şimali İrlandiya ilə keçirilən oyunla müqayisədə 11-likdə 2 dəyişiklik edəcəyini bildirib.

Prosineçki Namiq Ələsgərov və Mahir Mədətova şans verəcəyini söyləyib:

“Onlar Ramil Şeydayev və Əfran İsmayılovu əvəzləyəcəklər”.

Beləliklə, start heyətdə bu futbolçular olacaqlar: Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov, Cavid Hüseynov, Dmitri Nazarov və Mahir Mədətov.

Qeyd edək ki, sentyabrın 1-də Oslodakı “Ullevaal” stadionunda keçiriləcək Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.