DÇ-2018: Belçika 9, Portuqaliya 5, Fransa 4 qol vurdu

1-09-2017, 05:51           

Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsində VII tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə A, B və H qruplarında ümumilikdə 9 görüş keçirilib.
Bu oyunlarda qapılara ümumilikdə 37 qol vurulub. Mərkəzi qarşılaşmada Fransa Hollandiyanı 4 cavabsız qolla üstələyib. Portuqaliya da Farer adalarını 4 top fərqi ilə yenib. Qalib komandanın heyətində Kriştianu Ronaldu het-trik edib. Belçika isə Cəbəllütariqin qapısından 9 cavabsız top keçirib. Gecənin sensasiyası isə Lüksemburqun Belarusu yenməsi olub.
DÇ-2018, Seçmə qrup mərhələsi
31 avqust
VII tur
A qrupu
22:45. Fransa – Hollandiya - 4:0
Qollar: Antuan Qrizmann, 14. Tomas Lemar, 73; 88. Kilian Mbappe, 90+1
22:45. Bolqarıstan - İsveç - 3:2
Qollar: Stanislav Manolev, 12. Georgi Kostadinov, 33. İvaylo Qoçev, 79 - Mikael Lustiq, 29. Markus Berq, 44
Yerinə yetirilməyən penalti: Emil Forsberq, 16-penalti ilə (İsveç)
22:45. Lüksemburq – Belarus - 1:0
Qol: Daniel Da Mota, 60
Xal durumu: Fransa - 16, İsveç - 13, Bolqarıstan - 12, Hollandiya - 10, Belarus - 5, Lüksemburq - 4
B qrupu
22:45. Macarıstan - Latviya - 3:1
Qollar: Tamaş Kadar, 6. Adam Solay, 26. Balaj Cucak, 68 - Gints Freymanis, 40
22:45. İsveçrə - Andorra - 3:0
Qollar: Haris Seferoviç, 43; 63. Ştefan Lixştayner, 67
22:45. Portuqaliya – Farer adaları - 5:1
Qollar: Kriştianu Ronaldu, 3; 29-penalti ilə; 65. Sölvi Vatnhamar, 58. Nelson Oliveyra, 84 - Roqvi Baldvinsson, 38
Xal durumu: İsveçrə - 21, Portuqaliya - 18, Macarıstan - 10, Farer adaları - 5, Andorra - 4, Latviya - 3
H qrupu
22:45. Yunanıstan – Estoniya - 0:0
22:45. Kipr – Bosniya və Herseqovina - 3:2
Qollar: Dmitris Kristofi, 65. Vinsent Laban, 67. Pyeros Sotiryu, 76 - Tom Şunyiç, 33. Edin Vişça, 44
22:45. Belçika - Cəbəllütariq - 9:0
Qollar: Dris Mertens, 16. Tomas Mönyö, 18; 61; 67. Romelu Lukaku, 21; 38; 84-penalti ilə. Aksel Vitsel, 27. Eden Azar, 45
Qırmızı vərəqə: Aksel Vitsel, 40 - Erin Barnett, 82
Xal durumu: Belçika - 19, Yunanıstan - 13, Bosniya və Herseqovina - 11, Kipr - 10, Estoniya - 5, Cəbəllütariq - 0.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.