Daha bir ölkə DÇ-2018-ə vəsiqəni təmin etdi

2-09-2017, 16:54           
Daha bir ölkə DÇ-2018-ə vəsiqəni təmin etdi
Futbol üzrə Meksika yığması Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatına vəsiqəni təmin edib.

CONCANAF zonasında təsnifat mərhələsinin beşinci raundu çərçivəsində meksikalılar Panama komandasına qalib gəliblər.

Görüş sentyabrın 2-nə keçən gecə baş tutub və Meksikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 53-cü dəqiqədə İrvinq Losano vurub.

Qələbə sayəsində Meksika millisi xallarının sayını 17-ə çatdırıb. Bununla da, komanda ən azı üçüncü yeri özünə təmin edib.

Meksika DÇ-2018-də iştirak edəcək beşinci ölkə olub. Meksikalılardan əlavə, mundialda meydan sahibi Rusiya, Braziliya, İran və Yaponiya yığmaları da iştirakı təmin ediblər.

DÇ-2018 iyun 14-dən iyulun 15-ə qədər Rusiyanın 11 şəhərində keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.