Azərbaycanın qadın güləşçisi dünya çempionu olub

8-09-2017, 08:44           

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.
teref.az-nun məlumatına görə, yarışlarım üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 4 çəkidə mübarizə aparıb.
38 kq-da mübarizə aparan Şahanə Nəzərova ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyədə, yarımfinalda isə Rusiya idmançısını 65 saniyədə tam üstünlüklə məğlub edərək finala yüksəlib.
Həlledici görüşündə Mariya Tomişiçi vaxtından əvvəl üstələyən Nəzərova dünya çempionu olub.
Qeyd edək ki, Şahanə Nəzərova bir ay bundan əvvəl yeniyetmələrin Avropa çempionu adını qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.