Millimiz İtaliyaya qalib gəldi

8-09-2017, 09:44           

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama matçını keçirib.

Axar.az xəbər verir ki, baş məşqçi Faiq Qarayevin yetirmələri Milan şəhərində İtaliya millisi ilə üçüncü dəfə görüşüblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Azərbaycan millisi rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandamızın İtaliya voleybolçuları ilə əvvəlki iki görüşü rəqibin xeyrinə başa çatmışdı - 3:0 və 3:2.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.