Azərbaycanda federasiya fəaliyyətini dayandırdı- Prezidenti xaricə qaçdı

12-09-2017, 15:53           

Azərbaycanda idman federasiyası fəaliyyətini dayandırıb. TEREF.İNFO unikal.or-a istinadən xəbər verir ki, Azərbaycan Reqbi Federasiyasıyasının fəaliyyətini dayandırmasına səbəb maliyyə problemləridir.

İdmançılara və məşqlərin keçirilməsinə vəsait ayırmaqda çətinlik çəkən qurum bu addımı atmaq qərarına gəlib. Ciddi maliyyə sıxıntısı yaşanan qurumda nə milli komanda, nə də məşqçilər var.

Məlumatda bildirilir ki, olimpiya idman növü olan reqbi hazırda sadəcə azyaşlı uşaqlar üçün klub şəkilində fəaliyyət göstərir. Qeyd edək ki, reqbi 2016 və 2020 Olimpiya Oyunlarına salınıb. Azərbaycan Reqbi Federasiyanın prezidenti Beynəlxalq Əməliyyat Şirkətinin əməkdaşı Eldəgiz Rəfibəylidir. O hazırda xaricdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.