ÇL: 2017-2018 mövsümü üzrə qrup mərhələsinə start verilib

13-09-2017, 08:36           
ÇL: 2017-2018 mövsümü üzrə qrup mərhələsinə start verilib
Futbol üzrə Çempionlar Liqasında 2017-2018 mövsümü üzrə qrup mərhələsinə start verilib.
"Report"un məlumatına görə, I turun ilk oyun gününün mərkəzi qarşılaşması İspaniyada "Barselona" ilə İtaliya "Yuventus"u arasında keçirilib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 2-ni Lionel Messi vurub. Daha 4 oyunda da darmadağın qeydə alınıb. Ən böyük hesablı məğlubiyyətlə "Qarabağ"dan sonra Şotlandiya "Seltik"i üzləşib. "Seltik" evdə Fransa PSJ-sinə 0:5 hesabı ilə yeniliblər. Bu görüşdə PSJ-nin yeni transferləri Neymar və Kilian Mbappe ilk 2 qolun müəllifi olub.
Rusiya MOİK-i və Portuqaliya "Sportinq"i səfərdə əzmkar qələbəyə imza atıb. Yalnız "Qarabağ"la eyni qrupda yer alan İtaliya "Roma"sı ilə İspaniya "Atletiko"su arasındakı görüşdə qol vurulmayıb.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
12 sentyabr
A qrupu
22:45. "Benfika” (Portuqaliya) – MOİK (Moskva, Rusiya) - 1:2
Qollar: Haris Seferoviç, 50 - Vitinyo, 63-penalti ilə. Timur Jamaletdinov, 71
22:45. "Mançester Yunayted” (İngiltərə) – "Bazel” (İsveçrə) - 3:0
Qollar: Maruan Fellaini, 35. Romelu Lukaku, 53. Markus Reşford, 84
B qrupu
22:45. "Bavariya” (Almaniya) – "Anderlext" (Belçika) - 3:0
Qollar: Robert Levandovski, 12-penalti ilə. Tiaqo Alkantara, 65
Qırmızı vərəqə: Sven Kums, 11 ("Anderlext")
22:45. "Seltik” (Şotlandiya) – PSJ (Fransa) - 0:5
Qollar: Neymar, 19. Kilian Mbappe, 34. Edinson Kavani, 40-penalti ilə; 85. Mikael Lustiq, 83-öz qapısına.
C qrupu
22:45. "Roma” (İtaliya) – "Atletiko” (İspaniya) - 0:0
22:45. "Çelsi” (İngiltərə) – "QARABAĞ” (AZƏRBAYCAN) - 6:0
Qollar: Pedro Rodriges, 5. Davide Zappakosta, 30. Sezar Aspilikueta, 55. Tiemu Bakayoko, 72. Mişi Batşuayi, 76. Maksim Medvedev, 82-öz qapısına
D qrupu
22:45. "Barselona” (İspaniya) – "Yuventus” (İtaliya) - 3:0
Qollar: Lionel Messi, 45; 69. İvan Rakitiç, 56
22:45. "Olimpiakos” (Yunanıstan) – "Sportinq” (Portuqaliya) - 2:3
Qollar: Felipe Pardo, 89; 90+3 - Seydu Dumbia, 2. Gelson Martins, 13. Brunu Fernandeş, 43
Qeyd edək ki, daha 4 qrupda 8 oyun bu gün olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.