Diyeqo Kosta "Atletiko Madrid"lə müqavilə imzalayıb

27-09-2017, 09:20           
Diyeqo Kosta "Atletiko Madrid"lə müqavilə imzalayıb
Hücumçu Diyeqo Kosta İspaniyanın "Atletiko Madrid" klubu ilə müqavilə imzalayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Madrid komandasının mətbuat xidməti məlumat yayıb.
"Atletiko" futbolçunu komandanın iştirak ərizəsinə yanvarda "qış transfer pəncərəsi" açılandan sonra daxil edə bilər.
"Marca" qəzetinin məlumatına görə, "Atletiko" Kostanın keçidinə görə "Çelsi"yə 60 mln. avro ödəyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.