"Qarabağ"ın ÇL-də ilk və tarixi qolu - VİDEO

27-09-2017, 23:36           

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk qoluna imza atıb.
Publika.az xəbər verir ki, Ağdam klubu İtaliyanın "Roma" klubu ilə ev oyununda hesabda 0:2 geri olarkən fərqlənib. Komandamızın tarixi qoluna isə Pedro Enrike imza atıb.

Yeri gəlmişkən qeyd edək ki, bu, həm də "Qarabağ"ın avrokuboklardakı ev oyunlarında rəqib qapılarından keçirdiyi yubiley - 50-ci qol olub.
Həmin qolun görüntüsünü təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=nHij4qbZF4U]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.