Mən deyəndə ki, “Qarabağ”... – “Roma”nın baş məşqçisi

27-09-2017, 23:46           
Mən deyəndə ki, “Qarabağ”... – “Roma”nın baş məşqçisi
Qarabağ güclü rəqibdir və onlar ikinci hissədəki oyunları ilə bizi müdafiəyə məcbur etdilər.

Axar.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının qrup mərhələsində təmsilçimiz “Qarabağ”a 1-2 hesabı ilə qalib gələn İtalyanın “Roma” klubunun baş məşqçisi Eusebio Di Francesco oyundan sonra mətbuat konfransında deyib.

İtaliyalı jurnalistin sualı ilə başlayan müsahibəni təqdim edirik:

- Cənab Francesko, siz demək olar ki, bugün istirahət etdiniz. Bu oyun haqqında ümumi düşüncələriniz nədir?

- Xeyr, heç də belə olmadı. Qarabağ güclü rəqibdir və onlar ikinci hissədəki oyunları ilə bizi müdafiəyə məcbur etdilər. Mən oyundan öncə bildirəndə ki, “Qarabağ” güclü klubdur, siz buna qeyri-ciddi yanaşırdınız. Lakin fikrimcə, “Qarabağ” bugünkü oyunu ilə nə dərəcə güclü olduğunu sübut etdi.

- Oyunun bəzi anlarında sanki komandanız oyundan qopurdu, sizcə, bunun səbəbi nə idi?

- Belə şeylər futbolda baş verir. Bəli, komandanın bəzi anlarda oyundan qopduğunu mən də hiss elədim, amma nəzərə almaq lazımdır ki, biz yeni formalaşan komandayıq və belə halların olması normaldı. Zaman keçdikcə, fikrimcə, bunlar hamısı qaydasına düşəcək.

- Sanki vurduğunuz iki qoldan sonra komandada arxayınlıq yarandı və üstünlük “Qarabağ” komandasına keçdi. Bu haqqda fikriniz nədir?

- Xeyr, biz qətiyyən arxayınlaşmadıq, vurulan qollardan sonra da epizodlarımız oldu, lakin “Qarabağ” oyununu tam olaraq formalaşdırdı və bizim üçün çətinliklər yaratmağı bacardı.

- Qarabağ komandasının heyətində xüsusilə fərqləndiriləcək bir oyunçu varmı?

- Bütün oyunçular yaxşı oynadı, lakin əsasən, dəyərləndirə biləcəyim oyunçular 11 nömrəli Mədətov, 9 nömrəli Dino və 10 nömrəli Pedrodur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.