İtaliya 7 ildən sonra ilk dəfə UEFA reytinqində üçüncü pilləyə yüksəlib

28-09-2017, 08:51           
İtaliya 7 ildən sonra ilk dəfə UEFA reytinqində üçüncü pilləyə yüksəlib
Çempionlar Liqasının qrup mərhələsinin II turundan sonra UEFA-nın əmsallar cədvəlində mühüm dəyişiklik qeydə alınıb.

APA-nın məlumatına görə, 64,082 xal toplayan İtaliya 7 ildən sonra ilk dəfə UEFA reytinqində üçüncü pilləyə yüksəlib.

İlk üçlüyü Almaniya tərk etməli olub (63,988). İlk iki yer dəyişməz qalıb. İspaniyanın UEFA əmsallar cədvəlində liderliyi davam edir (92.712), ikinci yerdə İngiltərə qərarlaşıb (66.034). Azərbaycan 18.625 xalla əvvəlki kimi 22-ci yerdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.