Qurban Qurbanov: “Komandamın oyunundan razı qaldım”

28-09-2017, 09:15           
Qurban Qurbanov: “Komandamın oyunundan razı qaldım”
“Bizim üçün ağır oyun oldu. Xüsusən də, matçın əvvəli”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Roma”nı qəbul edən Ağdam təmsilçisi 1:2 hesablı məğlubiyyətə düçar olub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “İlk dəqiqələrdən rəqib hansı ustalığa malik olduğunu göstərdi. Amma 0:2-dən sonra futbolçularımız daha diqqətli oynadılar, rəqibi yaxşı tanıdılar. Oyunçulardan razı qaldım. Evdə ilk oyun olduğundan, xal qazanmağa çalışırdıq. İstəyirdik ki, azarkeşlərimizi sevindirək. Amma “Roma” layiqli qələbə qazandı. Azarkeşlərimizə də bizi son qədər dəstəklədikləri üçün təşəkkür edirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.