Ulduz futbolçu biabır oldu

28-09-2017, 20:34           

Məsudun verdiyi yanlış informasiya Türkiyə cəmiyyətində xoş qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçiləri onu biabırçı adlandırıblar
Dünyanın ən məşhur futbolçulardan olan türk əsilli Məsud Özil evinin qapısını jurnalistlərə açıb. Xarici media təmsilçilərinə otaqları bir-bir gəzdirən oyunçu, ən son öz yatdığı otağı göstərib.

Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, evindəki maraqlı əşyaları jurnalistlərə tanıdan Məsud divardan asılan portret haqda isə yanlış məlumat verib. O, sultan III Səlimi əli ilə göstərərək "bu adam İstanbulu fəth edən adamdır" deyib. Məsudun verdiyi yanlış informasiya Türkiyə cəmiyyətində xoş qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçiləri onu biabırçı adlandırıblar. Çünki, İstanbulu fəth edən hökmdar Fateh Sultan Mehmetdir.

Məsud Özil daha sonra Türkiyədən gətirdiyi antik əşyaları da xarici media təmsilçilərinə göstərib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.