Gənc futbolçu millimizdən imtina etdi –Açıqlama

30-09-2017, 08:20           

Futbol üzrə Azərbaycanın U21 mili komandasının üzvü Ozan Can Kökcü millidən ayrıldığını açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, 19 yaşlı futbolçu bu barədə İnstaqramda məlumat paylaşıb.
Ozan Canın açıqlamasını təqdim edirik:
“Bildiyiniz kimi, bir türk olaraq irqimiz və qanımızdan olan Azərbaycan milli komandasının formasını geyindim. Buna görə qürur duydum. Lakin, son zamanlarda bəzi hadisələr məni düşündürdü və bu qərarı aldım.
Məncə milli komandalarda oynayacaq futbolçular, həmin yerin cəfasını çəkən, orada doğulub-böyüyən, özünü oranın insanı kimi hiss edən futbolçular olmalıdır. Mən o ölkədəki futbolçu dostlarıma haqsızlıq etdiyimi düşünərək, Azərbaycan milli komandasından icazəmi istəyirəm və mənim yerimə oynayacaq dostlara uğurlar arzulayıram”.
Qeyd edək ki, Ozan Can Kökcü Türkiyənin “Bursaspor” klubunda forma geyinir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.