Həftənin ən yaxşı futbolçusu bilindi

30-09-2017, 08:43           

Futbol üzrə Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Trend Sputnik-ə istinadən xəbər verir ki, İspaniyanın “Real Madrid” komandasının hücumçusu Kriştianu Ronaldu qalib olub.

O, qrup mərhələsinin II turu çərçivəsində İspaniya təmsilçisinin Dortmund “Borussiya”sını 3:1 hesabı ilə məğlub etdiyi görüşdə dubla imza atması sayəsində ən yaxşı seçilib.

Qeyd edək ki, K.Ronaldu Lionel Messi və Neymarla birgə 2017-ci ilin ən yaxşı oyunçusu olmağa namizəddir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.