Məşhur azərbaycanlı futbolçu ölümdən döndü (VİDEO)

1-10-2017, 19:14           

Moskva "Spartak"ının futbolçusu Aleksandr Səmədov ölümdən dönüb. teref.az Fanat.az-a istinadən xəbər verir ki, hadisə ötən gün "Ural"la Moskvada keçirilən oyunda baş verib.

Matçın 13-cü dəqiqəsində hava mübarizəsi zamanı rəqibi ilə toqquşan Azərbaycan əsilli futbolçu başından güclü zərbə alıb. Zədədən huşunu itirən Səmədova komanda yoldaşları yardım edib və dilinin qatlanmasına imkan verməyiblər.

Bir qədər sonra özünə gələn Səmədov 36-cı dəqiqədə hesabı açıb. Bundan sonra daha bir qol vuran "Spartak" 2:0 hesablı qələbə qazanıb.
[media=https://www.youtube.com/watch?v=32LF69iPWEo#action=share]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.