Azərbaycanın gənclərdən ibarət futzal yığması Rusiyaya 20:0 hesabı ilə məğlub olub

3-11-2017, 09:50           
Azərbaycanın gənclərdən ibarət futzal yığması Rusiyaya 20:0 hesabı ilə məğlub olub
Azərbaycanın gənclərdən ibarət mini futbol üzrə yığma komandası (17 yaşadək) Olimpiya Oyunları – 2018-in təsnifat mərhələsi oyununda Rusiya komandasına böyük hesabla məğlub olub.
“Report” xəbər verir ki, "B" qrupunun Slovakiyada keçirilən matçı 20:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Qalib komandanın heyətində Danil Karpyuk 6, Danil Samusenko 4, Pavel Karpov və İlya Şamis hərəyə 3, İlya Fedorov, Maksim Okulov və Kamil Gərayxanov hərəyə bir dəfə fərqləniblər. Daha bir qolu isə Azərbaycan yığmasının futbolçusu öz qapısına vurub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.