Meydana girib futbolçunu bir təpiklə yerə sərdi - Video

5-12-2017, 09:58           

Türkiyə Regional Həvəskarlar Liqası 2-ci qrupunda "62 Pertekspor” - "Adıyaman 1954 Spor” matçında dava düşüb.

teref.az Qafqazinfo-ya istinadən xəbər verir ki, matçın 56-cı dəqiqəsində meydana daxil olan bir nəfər "Adıyaman 1954 Spor”un kapitanı Mehmet Əli Yakışıka təpik atıb.

Ə.Yakışık aldığı zərbənin təsirindən yerə sərilib. Dərhal polislər meydana daxil olaraq həmin şəxsi yaxalayıblar.

Oyun 8 dəqiqəlik fasilədən sonra yenidən davam edib.

Xəsarət alan futbolçu isə matçdan sonra xəstəxanaya yerləşdirilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.