Qurban Qurbanov: "Uduzmaq istəmirdik"

6-12-2017, 07:39           
Qurban Qurbanov: "Uduzmaq istəmirdik"
"Rəqibi təbrik edirəm. Öz futbolçularımı da. Uduzmaq istəmirdik. Amma futbolçularımdan razı qaldım. Komandam məğlub olmaq istəmirdi. Layiqli oyun göstərdik ".
"Report"un İtaliya paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Roma" ilə keçirdikləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından sonra keçirdiyi mətbuat konfransında deyib.
Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- ÇL-də qrupu analiz edərdiniz. Şeydayevlə Ağabala Ramazanovun meydana daxil olması nə üçün idi?
- Normal hesab edirəm. "Çelsi" istisna olmaqla, normal hesab edirəm. Qırmızı vərəqə aldığımız epizodlarda təcrübə çatmadı. Onların meydana buraxılması sürəti artırmaqdan irəli gəlirdi.
- Qırmızı vərəqələr olmasaydı, komandanın oyununa təsir edərdimi? Bugünkü müdafiə xəttini necə dəyərləndirirsiniz?
- Futbolçuların meydanda daha çox şans qazanmasını müsbət amil sayıram. Bir neçə epizodu çıxsaq, müdafiəçilərimiz yaxşı çıxış etdilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.