"Milan" "İnter"i İtaliya Kubokundan kənarlaşdırıb

28-12-2017, 10:36           
"Milan" "İnter"i İtaliya Kubokundan kənarlaşdırıb
"Milan" klubu futbol üzrə İtaliya Kubokunun ¼ final matçında "İnter"i məğlub edərək yarımfinala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, "San-Siro" stadionunda baş tutan görüş əlavə olunmuş vaxtda 1:0 hesabı ilə "rossonyerlər"in xeyrinə yekunlaşıb.

Matçın əsas hissəsində qapılara qol vurulmayıb. Oyunda yeganə və qələbə qolu 104-cü dəqiqədə "Milan"ın hücumçusu Patrik Kutrone tərəfindən vurulub.

İtaliya Kubok. 1/4 final

"Milan" – "İnter" - 1:0

Qol: 1:0 – Kutrone – 104

"Milan" yarımfinalda "Latsio" ilə qarşılaşacaq. İlk oyun yanvarın 31-də, cavab qarşılaşması isə 28 fevral tarixində keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.