"Mançester Siti" ardıcıl qələbə qazanmaq seriyasını 18 oyuna çatdırıb - VİDEO

28-12-2017, 10:40           
"Mançester Siti" ardıcıl qələbə qazanmaq seriyasını 18 oyuna çatdırıb - VİDEO
"Mançester Siti" futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci tur matçında "Nyukasl Yunayted"i məğlub edib.

“Report” xəbər verir ki, Nyukaslın "Sent-Ceyms Park — Sports Direkt Arena" stadionunda baş tutan görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Beləliklə "Mançester Siti" ölkə çempionatında ardıcıl 18-ci qələbəsini qazanıb və öz rekordunu yeniləyib.

"Şəhərlilər" cari turnirin 20 matçında 19 qələbə qazanıblar və yalnız 1 oyunda heç-heçə ediblər.

"Mançester Siti" 58 xal ilə İngiltərə çempionatını turnir cədvəlində birinci yerdə gedir.

İngiltərə Premyer Liqası, 20-cı tur

"Nyukasl Yunayted" –"Mançester Siti" 0:1

0:1 – Sterlinq – 31












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.