"Globe Soccer Awards": Ronaldu ilin ən yaxşı futbolçusu, Zidan məşqçisi, "Real" isə klubu seçilib

29-12-2017, 09:21           
"Globe Soccer Awards": Ronaldu ilin ən yaxşı futbolçusu, Zidan məşqçisi, "Real" isə klubu seçilib
"Real" klubunun və Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu "Ən yaxşı futbolçu" nominasiyasında "Globe Soccer Awards 2017" mükafatının laureatı olub.

“Report” xəbər verir ki, Madrid komandasının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi, "Real" isə başa çatmaqda olan ilin ən yaxşı klubu hesab edilib.

İlin ən yaxşı agenti portuqaliyalı Jorje Mendeş, ən yaxşı fit sahibi isə alman Feliks Brix olub. İspaniya Primyerası dünyanın ən yaxşı liqası hesab edilib.

Avropa Klubları Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası tərəfindən təsis edilən mükafatlandırma mərasimi ötən gün Dubayda baş tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.