Arsen Venger İngiltərə çempionatında oyunların sayına görə Ferqüssonun rekordunu təkrarlayıb

29-12-2017, 09:23           
Arsen Venger İngiltərə çempionatında oyunların sayına görə Ferqüssonun rekordunu təkrarlayıb
London "Arsenal"ının baş məşqçisi Arsen Venger İngiltərə Premyer Liqasında "Mançester Yunayted"in keçmiş çalışdırıcısı Ser Aleks Ferqüssonun rekordunu təkrarlayıb.

“Report” xəbər verir ki, fransalı mütəxəssis üçün "Kristal Pelas" ilə İngiltərə çempionatının 20-ci tur matçı Premyer Liqa klubunun baş məşqçisi qismində 810-cu olub.

Venger "Arsenal" komandasının baş məşqçisi kimi ilk matçını 1996-cı ilin oktyabrında keçirib. Ferqüsson "Mançester Yunayted"i 1992-ci ilin avqustundan 2013-cü ilin mayına kimi idarə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.