Fransa Kuboku: Neymar, Mbappe və Di Mariyanın dublu PSJ-yə qələbə qazandırıb

8-01-2018, 07:47           
Fransa Kuboku: Neymar, Mbappe və Di Mariyanın dublu PSJ-yə qələbə qazandırıb
Parisin PSJ klubu futbol üzrə Fransa Kubokunun 1/32 finalında "Renn"i darmadağın edib.

“Report” xəbər verir ki, görüş qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.

PSJ-nin heyətində Kilyan Mbappe (9 və 76-cı dəqiqələr), Neymar (17 və 43) və Anhel Di Mariya (24 və 74) öz dublunu rəsmiləşdirib.

"Renn"in heyətində Benjamen Buriqo (66) penaltidən fərqlənib.

PSJ bu qələbə sayəsində turnirin 1/16 finalına vəsiqə qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.