Ad gününə Maykl Ceksonu çağıran, dünyanın ən varlı futbolçusu - CƏMİ 20 YAŞI VAR - FOTO

9-01-2018, 07:55           
Ad gününə Maykl Ceksonu çağıran, dünyanın ən varlı futbolçusu - CƏMİ 20 YAŞI VAR - FOTO
Dünyanın ən varlı futbolçusunun “Barselona”lı Messi, ya da “Real”lı Ronaldo olduğunu zənn edirsinizsə, yanılırsınız. Bu, heç gəlirləri futbolla məhdudlaşmayan Devid Bekhem də deyil.


Publika.az xəbər verir ki, bu status hələ 20 yaşı tamam olmayan, “Lester”in əvəzedici komandasında oynayan Faiq Bolkiaha aiddir.


Bruney sultanı Həsən əl-Bolkiahın qohumu olan Faiqin sərvətinin 14 milyard dollar olduğu təxmin edilir. ABŞ-ın Los-Anceles şəhərində dünyaya gələn futbolçu hazırda İngiltərədə yaşayır.


Futbola “Nyuberi”də başlayan Faiq 2009-cu ildə alt qruplarda yetişdirdiyi futbolçularla məşhur olan “Sauthempton”a keçib. 2013-cü ildə isə “Arsenal”ın diqqətini çəkib. 2013-cü ildə çıxış etdiyi “Lion City Cup” adlı yarışmadan sonra “Çelsi”dən ikiillik müqvilə təklifi alıb. Ancaq o, bu təklifi rədd edərək “Lester”lə üçillik müqavilə imzalayıb.


“FourFourTwo” nəşrinə müsahibə verən gənc futbolçu bunları deyib: “Özümü tanıyandan bəri futbol oynadığımı bilirəm. Meydançada olmaq və topu ayaqlarımda hiss etmək mənə zövq verir. Ailəm də hər zaman yanımda oldu və xəyallarımın ardınca getməyimə dəstək verdi”.


Faiq hələ 7 yaşında ikən atası Cefri Bolkiah 50 yaşını qeyd edib. O, doğum gününə məşhur pop ulduzu Maykl Ceksonu dəvət edib və buna görə ulduza 17 milyon avro pul ödəyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.