"Qəbələ" "Borussiya"nı, "Qarabağ" "Tottenhem"i Bakıya gətirəcək

28-08-2015, 20:53           
"Qəbələ" "Borussiya"nı, "Qarabağ" "Tottenhem"i Bakıya gətirəcək
Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsində Azərbaycan ilk dəfə olaraq iki klubla təmsil olunub. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

"Qəbələ" "Panatinaikos" (Yunanıstan) səddini keçməklə tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ əldə edib. "Qarabağ" isə "Yanq Boyz" (İsveçrə) klubunu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib.

Püşkdə iştirak edəcək 48 komanda hərəsində 4 klub olmaqla 12 qrupa bölünüb. Həmin 48 komandadan 22-i Avropa Liqasında pley-off mərhələsinin qalibi, 10-u isə Çempionlar Liqasının "pley-off"unda mübarizəni dayandıran klublar olub. Qalan 16 komanda isə qrup mərhələsinə birbaşa qatılıb.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1-22 oktyabr, 5-26 noyabr və 10 dekabr tarixlərində keçiriləcək.


A qrupu: "Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbaxça" (Türkiyə), "Molde" (Norveç)

B qrupu: "Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Sion" (İsveçrə)

C qrupu: "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya), "Qəbələ" (Azərbaycan)

D qrupu: "Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtilland" (Danimarka)

E qrupu: "Vilyareal" (İspaniya), "Viktoriya" (Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Belarus)

F qrupu: "Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Çexiya), "Qroninqen" (Hollandiya)

G qrupu: "Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent-Etyen" (Fransa), "Rusenburq" (Norveç)

H qrupu: "Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Skenderbeu" (Albaniya)

İ qrupu: "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenses" (Portuqaliya)

J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan)

K qrupu: "Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras Tripolis" (Yunanıstan)

L qrupu: "Atletik" (Bilbao, İspaniya), "AZ Alkmaar" (Hollandiya), "Ausburq" (Almaniya), "Partizan" (Serbiya)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.