"Borussiya"dan erməni futbolçu ilə bağlı açıqlama

29-08-2015, 12:00           
"Borussiya"dan erməni futbolçu ilə bağlı açıqlama
"Borussiya" erməni futbolçusu Henrik Mxitaryanın Bakıya buraxılmayacağı iddialarına münasibət bildirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Dortmund klubunun mətbuat xidmətinin rəhbəri Saşa Fligge bu xəbərlərin doğru olmadığına ümid etdiyini deyib:

"Henrik bizim üçün çox önəmli oyunçudur. O, son həftələrdə parlaq çıxışı ilə seçilir".

Qeyd edək ki, Ermənistan milli komandasının yarımmüdafiəçisi olan Mxitaryanın oktyabrın 22-də Avropa Liqasınn qrup mərhələsində "Qəbələ"yə qarşı Bakıda keçiriləcək qarşılaşmada iştirakından örtü viza ala bilməyəcəyi iddia edilir. Buna səbəb kimi onun 2011-ci ildə Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna səfər etməsi göstərilib. Hətta Azərbaycan sərhədlərini qanunsuz keçdiyi üçün onun həbs edilməsinin mümkünlüyü də vurğulanıb.

Qeyd edək ki, H.Mxitaryan bu mövsüm oynadığı 7 matçda 6 qol vurub və 8 qolun ötürməsini verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.