Yol polisi “Qarabağ”ın hücumçusunu saxladı - FOTO

29-08-2015, 13:23           
Yol polisi “Qarabağ”ın hücumçusunu saxladı - FOTO
"Qarabağ" Futbol Klubunun yeni transferi Əlhərbi Əl Jadeyui təkcə komandasına yox elə Bakının yollarına da uyğunlaşa bilmir. Dia.az-ın futbolinfo.az-a istinadən verdiyi məlumata görə, mərakeşli yarımmüdafiəçi yol-hərəkət qaydalarını pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.

Hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsində, Səttar Bəhlulzadə küçəsində baş verib. Futbolçunun saxlanıldığı yer klubun bazasına yaxın olduğundan güman ki, Əl Jadeyui də məhz ora tələsirmiş.

Hələ komandaya uyğunlaşa bilməyən mərakeşli futbolçunu ölkə futbol ictimaiyyəti tez-tez tənqid edir.

Yarımmüdafiəçi yenicə özünə gəlməmiş yenə bəxti gətirməyib. “Yanq Boyz”la ilk matçda zədələnən oyunçu Bakıda keçirilən cavab matçını da buraxmalı olub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.