Qriqorçukdan Mkitaryan açıqlaması

30-08-2015, 20:47           

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində onlara rəqib olan Almaniyanın "Borussiya" (Dortmund) klubunun erməni yarımmüdafiəçisi Henrix Mkitaryanın Azərbaycana gəlişi ilə bağlı yaranmış situasiya ilə bağlı fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, o, azerisport.az saytına açıqlamasında bunları söyləyib:

"Mənim bu məsələyə münasibətim belədi ki, qanun hər kəs üçün qanundu. Qanuna riayət etmək lazımdı. Ona görə də bu barədə başqa heç nə demək istəmirəm".

Qeyd edək ki, Mkitaryan 2011-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasına səfər etdiyi üçün Azərbaycan qanunlarını kobud surətdə pozub. Bu isə onun Azərbaycana gəlişinin mümkünsüz olmasından xəbər verir. Azərbaycan qanunlarına görə, işğal altında olan torpaqlarımıza icazəsiz səfər etmiş şəxslər ölkəmizə qanuni şəkildə gələrsə, 5 ilədək həbs cəzası ala bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.