"Rəhbərlik dedi ki, onların cavabını ver" - Gündüz Abbaszadə

1-09-2015, 17:57           
"Rəhbərlik dedi ki, onların cavabını ver" - Gündüz Abbaszadə
“Neftçi”də mətbuat xidməti və ictimaiyyətə əlaqələr departamentindən istefa verən Gündüz Abbaszadə klubdan ayrılmasına aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, o, "Facebook" səhifəsində klubdan getməsi ilə bağlı bir sıra maraqlı məqamlara toxunub.

“Avqustun 1-dən rəsmən məzuniyyətdə olan birinin işindən narazıdırlar. Maraqlıdır, məzuniyyətdə olan adamın işindən necə narazı olmaq olar. Klubun vitse-prezidenti Elnur Məmmədov Braziliyada olduğundan narazılığı mənə sabiq prezident Sadıq Sadıqov dönəmindən klubda tanıdığım, keçmiş vitse-prezident Tahir Süleymanova ən yaxın insanlardan biri olmuş Müşahidə Şurasının üzvü Mübariz Xudiyev demişdi. Mənə deyirdi ki, kluba təzyiqlər var, Tahir Süleymanov, sabiq baş məşqçi Böyükağa Hacıyev, keçmiş prezidentin müşaviri Elnur Əşrəfoğlu “Neftçi” haqda danışırlar, sən isə onların cavabını vermirsən. Mən isə bildirim ki, haqlı və ya haqsız olsalar belə adı çəkilən insanlara mən cavab verə bilmərəm. Çünki, onlarla uzun müddət bir yerdə işləmişəm, çörək kəsmişik. “Neftçi”də sabah olmayacağıq, amma yoldaşlığımız hər şeydən önəmlidir. Həmin dönəmdə mətbuat azarkeşlə bağlı bəyənata görə də qınamışdı klubu. Mən müəllifi olmadığım bəyənata görə niyə cavab verməli idim? İllərdir stadionda gördüyüm, 2014-cü ildə şəklini rəsmi facebook səhifəmizdə paylaşdığımız Nurlana necə kənar şəxs deyə bilərdim? Hə bir də, məndən vaxtıilə “Neftçi”nin fotoqrafı olmuş Bəkir Dəlləkova(Qazaxlı Bəkir) PFL-in verdiyi akkreditasiyanı ləğv etdirmək tələb olunurdu. Hansı əsasla? Əzizlərim, təbii ki, bunlar bəhanə idi. Əslində mən avqustun 22-də Mübariz Xudiyevlə söhbətimdə istefa vermişdim. Sadəcə, Elnur Məmmədov məndən özünün dönüşünü gözləməyimi istədi. Mən də gözlədim. Dünən görüşdük və... Bitdi. Canımı qanımı verməyə hazır olduğum “Neftçi”dən ayrılmaq çox ağır gəlir mənə. Amma ondan da ağırı yaxınım bildiyim, əlindən tutduğum birinin... nə isə.. “Neftçi”də işlədiyim üçün peşmanam? Xeyr! 2 çempionluq, 2 kubok və Avroliqanın qrupu...Niyə peşman olum ki?”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.