Cavid Hüseynov Avroliqanın qrup mərhələsində "Qəbələ"yə kömək edə bilər

3-09-2015, 11:36           
Cavid Hüseynov Avroliqanın qrup mərhələsində "Qəbələ"yə kömək edə bilər
Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ" iştirak ərizəsini UEFA-ya təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, "qırmızı-qaralar"ın qitənin ali futbol qurumuna göndərdiyi siyahıya 22 futbolçununun adı daxil edilib.

Bunların arasında yeni transferlər Vaqif Cavadov, Derlis Meza Kolli və Fakundo Pereyranın da adı var. Maraqlıdır ki, məlum məsələyə görə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən Cavid Hüseynovun adı da 22 nəfərlik siyahıda yer alıb. Futbolçu hüquq-mühafizə orqanları tərəfindən sərbəst buraxıldığı halda, komandasına kömək edə biləcək. Hər halda onun adının iştirak ərizəsinə daxil edilməsi bunu deməyə əsas verir.

Qapıçılar: Andrey Popoviç, Dmitri Bezotosnı, David Pietrzkeviç

Müdafiəçilər: Vojislav Sttankoviç, Vitali Vernidub, Rikardinyo, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Ürfan Abbasov, Rafael Santos

Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Aleksey Qay, George Floresku, Ermin Zets, Cavid Hüseynov, Samir Zərgərov, Vaqif Cavadov, Derlis Meza Kolli,

Hücumçular: Sergey Zenyov, Aleksey Antonov, Dodo, Fakundo Fereyra

Komandanın baş məşqçisi: Roman Qriqorçuk












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.