Azərbaycan millisi Xorvatiya ilə sülh bağladı

3-09-2015, 23:13           
Azərbaycan millisi Xorvatiya ilə sülh bağladı
Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycan millisi doğma azarkeşlər önündə Xorvatiya yığması ilə qarşılaşıb. "Report"un məlumatına görə, görüş "Bakcell Arena"da baş tutub.

İlk hissədə komandaların rəqib qapısına yol tapmaq istəyi baş tutmayıb. 45 dəqiqənin sonunda tərəflər paltardəyişmə otağına qolsuz bərabərliklə yollanıb.

İkinci hissədə eyni ssenari ilə davam edib. 90 dəqiqənin sonunda sevinən tərəf olmayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Bərabərlik sayəsində aktivinə 1 xal yazan Robert Prosineçkinin komandası xal hesabını 5-ə çatdırıb. Belə olan halda Xorvatiya 15 xalla qrup liderliyini qoruyub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sentyabrın 6-da Malta yığmasına qarşı keçirəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.