"Cim-Bom" uduzdu, Ronaldo coşdu (VİDEO)

16-09-2015, 09:31           
"Cim-Bom" uduzdu, Ronaldo coşdu (VİDEO)
Çempionlar Liqasının qrup qrup mərhələsinə start verilib. ANS PRESS-in məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 matç baş tutub.

A qrupunda "Real" Mirça Luçeskunun başçılıq etdiyi "Şaхtyor"u qəbul edib. Kriştiano Ronaldonun het-trik etdiyi oyunda Madrid klubu 4:0 hesablı qələbə qazanıb. Qrupun digər oyununda PSJ "Malmö"nü 2:0 hesabı ilə yenib.

B qrupunda “Mançester Yunayted” səfərdə PSV ilə üzü-üzə gəlib. Premyer Liqa klubu hesabı açdığı oyunda uduzub - 1:2. "Volfsburq" isə Moskva ÇSKA-sını yenib - 1:0.

Azərbaycanlı azarkeşlərin daha çoх diqqət ayırdığı C qrupunda "Qalatasaray" doğma meydanda "Atletiko" ilə qarşılaşıb. Oyun ispanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyunu da eyni hesabla başa çatıb. Bu matçda "Benfika" debütant "Astana"nı yenib.

D qrupunda isə günün əsas oyunu - “Mançester Siti” - “Yuventus” qarşılaşması baş tutub. "Mançester Siti" də "Mançester Yunayted" kimi hesabı açdığı oyunda uduzub - 1:1. “Sevilya” isə Münhenqladbax “Borussiya”sını 3:0 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, qalan 4 qrupun oyunları bu gün keçiləcək.

Çempionlar Liqası
2015/16 mövsümü
I tur, 15 sentyabr

A qrupu
PSJ (Fransa) - Malmö (İsveç) 2:0
Qollar: Angel Di Maria, 4. Edinson Kavani, 61.
[media=https://www.youtube.com/watch?t=3&v=TCiF5hm2CQo]
B qrupu
PSV (Hollandiya) - Mançester Yunayted (İngiltərə) 2:1
Qollar: Hektor Moreno, 45+1. Lusiano Narsinq, 57 - Mempis Depay, 41.

Volfsburq (Almaniya) - ÇSKA (Rusiya) 1:0
Qol: Julian Draksler, 40.

C qrupu
Benfika (Portuqaliya) - Astana (Qazaxıstan) 2:0
Qollar: Nicolas Qaytan, 51. Konstantinos Mitroglu, 62.

Qalatasaray (Türkiyə) - Atletiko (İspaniya) 0:2
Qollar: Antoine Qriezmann, 18; 25.
[media=https://www.youtube.com/watch?v=q49VPxnwU2U]
D qrupu
Mançester Siti (İngiltərə) - Yuventus (İtaliya) 1:2
Qollar: Giorgio Çiellini, 57 (avtqol) - Mario Mandzukiç, 70. Alvaro Morata, 81.
[media=https://www.youtube.com/watch?v=hzaBu_uILzo]
Sevilya (İspaniya) - Borussiya M (Almaniya) 3:0
Qollar: Kevin Qameyro, 47-pen. Ever Baneqa, 66-pen. Yann Sommer, 84 (avtoqol).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.