"Düşünülməz səhvlərə yol verdik" - Qurban Qurbanov

18-09-2015, 10:45           
"Düşünülməz səhvlərə yol verdik" - Qurban Qurbanov
"Məğlub olmaq istəməzdik. Rəqib komandanı təbrik edirəm. "Tottenhem" həqiqətən də yaxşı komandadır".

teref.az xəbər verir ki, qol.az-ın Londona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Tottenhem"ə uduzduqları görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov komandasının növbəti oyunlarda yaxşı nəticələr qazanacağına inandığını bildirib: "Düşünülməz səhvlərə yol verdik. Hesabda geridə olsaq da, qol vurmaq istəyirdik. Lakin alınmadı. Bu, qrupda ilk oyunumuz idi. Məğlubiyyətə baxmayaraq, futbolçularıma inanıram. Qarşıdakı görüşlərdə daha yaxşı nəticələr qazanacağıq".

Qeyd edək ki, qrup mərhələsinin ilk turunda səfərdə "Tottenhem"in qonağı olan "Qarabağ" rəqibinə 1:3 hesabı ilə uduzub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.