Kolumbiyada futbolçu Radamel Falkaoya heykəl qoyulub

22-09-2018, 07:00           
Kolumbiyada futbolçu Radamel Falkaoya heykəl qoyulub
"Monako" futbol klubunun və Kolumbiya yığmasının hücumçusu Radamel Falkaoya doğma şəhəri Santa-Martedə heykəl qoyulub.

"Report" xəbər verir ki, bu barədə "Sovetskiy sport" məlumat yayıb.

Məlumata görə, 6 metrlik abidə ağ rəngdədir. Onun hazırlanmasına və qurulmasına 3 milyon dollardan çox pul xərclənib.

Falkao "Monako"da 2013-cü ildən çıxış edir. 32 yaşlı hücumçu həmçinin Londonun "Çelsi", "Mançester Yunayted", Madridin "Atletiko", "Portu", Argentinanın "River Pleyt" və Kolumbiyanın "Lanseros Boyaka" komandalarının şərəfini qoruyub.

Hazırkı mövsümdə Falkao birinci liqada 4 matçda iştirak edərək 2 qol vurub və 1 məhsuldar ötürmə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.